"İran ABŞ qarşısında duruş gətirə bilməz" Dünya

"İran ABŞ qarşısında duruş gətirə bilməz"

İran ABŞ-lə heç vaxt müharibədə duruş gətirə bilməz, həm güc nisbətində, həm də iqtisadi güc baxımından Tehran Vaşinqtondan qat-qat zəifdir.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

Xatırladaq ki, SEPAH-ın nümayəndəsi, briqada generalı Hüseyn Möhebbi bildirib ki,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-la uzunmüddətli müharibəyə hazırlaşıb.

“Müharibə davam edir və İslam İnqilabı Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazırlaşıb. O, əvvəldən də hazır idi, indi isə uzunmüddətli müharibəyə daha yaxşı hazırdır”, - general bildirib.

F.Kərimov onu da deyib ki, ABŞ dünyanın ən güclü dövləti olmaqla yanaşı nüfuz sahibidir: "Dünyada sözü keçir, NATO-nun aparıcı qüvvəsidir. İranı isə çoxu istəmir, çünki terror təşkilatlarını maliyyələşdirməklə regionda sabitliyi pozmaq planlarının müəllifidir. Həm də İranın müdafiə sistemi çox zəifdir, əlində olanları da ABŞ-nin məlum hücumuna cavabında istifadə edib. İran heç bir zaman ABŞ-lə müharibədən qalib kimi çıxa bilməz".

Cavid