18:58
343
“Azərbaycan diaspor siyasətinin həyata keçirilməsi istiqamətində müəyyən işlər görülür, lakin daha çox tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib.
O bildirib ki, bu siyasəti həyata keçmək üçün, Azərbaycanda ayrıca bir dövlət qurumlarının qurumu var. Və dövlət qurumu bu siyasətin həyata keçirilməsi ilə məşğuldur:
“Bu gün bu istiqamətdə müəyyən işlər görülür, amma hesab edirəm ki, daha çox işin görülməsinə və daha çox tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Yəni bu gün diaspor fəaliyyəti, xüsusən əldə etdiyimiz zəfərdən sonra bizim qarşımızda duran ən vacib, ən mühüm, ən önəmli məsələlərdən biridir. Çünki o məsələni biz daha sürətli formada həll etməliyik və bu problemin həll yolunu tapmalıyıq. Əks halda getdikcə daha da çətin olacaq.
Hesab edirəm xaricdə yaşayan azərbaycanlılarla daha sıx təmasların qurulması, daha çox ünsiyyətin qurulması, daha çox onlar ilə işin aparılmasına ehtiyac var. Onların ölkəmizlə bağlılığının gücləndirilməsinə ehtiyac var.
Həmçinin qeyd etdiyimiz kimi, ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu gün bu sahədə müəyyən işlər görülür, müəyyən tədbirlər həyata keçirilir, amma qeyd etdiyim kimi biz daha sıx işləri görməliyik. Daha sıx tədbirlər həyata keçirməliyik. Daha çox ünsiyyət qurmalıyıq, daha çox onların ölkəmizə səfərlərini təşkil etməliyik. Onların daha sıx inteqrasiyası üçün ardıcıl və sistemli tədbirləri həyata keçirməliyik ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək”.
Günel Elxan