İspaniyada son sutkada koronavirusdan 268 nəfər vəfat edib Dünya

İspaniyada son sutkada koronavirusdan 268 nəfər vəfat edib

İspaniyada son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) 268 nəfər vəfat edib.
APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İspaniyada indiyədək COVID-19 virusuna yoluxaraq vəfat edənlərin sayı 24 543 nəfərə çatıb.
Ölkədə bu günədək virusa 213 mindən artıq şəxs yoluxub ki, onlardan 112 mini artıq sağalıb.