Türkiyə aeroportları iyunun 1-dən ölkəyə gələnləri koronavirusla bağlı yoxlayacaq Dünya

Türkiyə aeroportları iyunun 1-dən ölkəyə gələnləri koronavirusla bağlı yoxlayacaq

İyunun 1-dən etibarən Türkiyə hava limanları ölkəyə gələn bütün sərnişinlərin koronavirus infeksiyası ilə əlaqədar yoxlamalarına başlayacaq.
Bu barədə xəbəri "Airport Haber" portalı yayıb.
Məlumatda qeyd olunur ki, burada söhbət, ilk növbədə, Antalya daxil olmaqla ölkənin əsas turizm regionlarının aeroportlarından gedir.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy bildirib ki, ölkədə turizm tədricən bərpa olunacaq: "Səhiyyə Nazirliyi hava limanlarında sərnişinləri koronavirus infeksiyası ilə bağlı yoxlamaq üçün xüsusi laboratoriyalar yaradacaq".
O əlavə edib ki, sərnişinlər pasport nəzarətindən keçməzdən öncə koronavirus infeksiyası ilə bağlı yoxlamadan keçəcək.