ABŞ mətbuatı: Əsəd ən çətin günlərini yaşayır Dünya

ABŞ mətbuatı: Əsəd ən çətin günlərini yaşayır

Suriyada Bəşər Əsəd rejimi müharibənin başladığı 2011-ci ildən bu yana ən çətin günlərini yaşayır. Bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb. Buna səbəb kimi Əsədin qohumu Rami Mahlufla yaşadığı problemlər, ölkə iqtisadiyyatının zəifləməsi və müttəfiqi Rusiyada haqqında tənqidi yazıların çıxması göstərilir. Həmçinin, Dera əyalətində baş verən yeni iğtişaşların müxalif qüvvələrinin canlanmasına təkan verəcəyi deyilir.
“Vaşinqton Post”a açıqlama verən “Çatham Haus” analitik qurumunun əməkdaşı Lina Xatip Əsədin getdikcə İran və Rusiyanın dəstəyindən asılı vəziyyətə düşdüyünü vurğulayıb: “Tərəfdarlarını təmin etmək üçün daxili imkanları yoxdur. Artıq əvvəlki kimi də hərbi gücə malik deyil. Bir sözlə həmişəkindən daha zəif vəziyyətdədir”.