Ermənistanda hökumətə qarşı etirazlar davam edir Dünya

Ermənistanda hökumətə qarşı etirazlar davam edir

Sarkisyan hakimiyyətinə "1 mart"ın yenidən təkrarlayanacağı barədə xəbərdarlıq olunub

İrəvanda yüzlərlə sahibkar hökumət binası qarşısında etiraz aksiyası keçirir.
APA-nın "news. am" saytına istinadən verdiyi xəbərə görə, sahibkarların tətil etməyi planlaşdırdıqlarını deyən "Ermənistan kiçik sahibkarlar ittifaqı"nın sədri Stepan Aslanyan bildirib ki, onlar hökumətin mübahisəli qanunu dəyişdirəcəyini gözləyirlər.
Etirazçılar baş nazir Ovik Abramyanın "Nə tələb edirsiniz?! Siz 1 mart faciəsinin təkrar olunmasını istəyirsiniz?" sözlərinə sərt reaksiya veriblər: "Əgər bu gün bu qanuna dəyişiklik olunmasa, biz "1 mart"ı yenidən təkrarlayacağıq".