Rusiyada ermənilərə yer yoxdur Dünya

Rusiyada ermənilərə yer yoxdur

30 mindən artıq erməninin ölkəyə gəlişinə qadağa qoyulub

Cavid

Hər il yüz minlərlə erməni iş axtarmaq bəhanəsi ilə xarici ölkələrə, o cümlədən Rusiyaya üz tutur. Onların əksəriyyəti çox keçmədən getdikləri ölkənin qanunlarını və miqrasiya qaydalarını pozur, cinayətkar qruplar yaradaraq qarət və oğurluqla məşğul olur, müxtəlif ağır cinayətlər törədir, yerli əhalini qorxu altında saxlayır. Buna görə də Rusiya dövləti onlara qarşı sərt tədbirlərə əl atmağa məcbur olur.
Belə ki, ermənilərin daha çox üz tutduğu Rusiya 2014-cü ilin oktyabr ayına qədər olan dövrdə 30 mindən artıq erməninin ölkəyə gəlişinə qadağa qoyub.
Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qagik Yeqanyan Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalına müsahibəsində etiraf edib ki, Rusiyaya gedən ermənilərin əksəriyyəti ölkənin miqrasiya qaydalarını pozur və qruplar yaradaraq cinayətkarlıqla məşğul olurlar. Buna görə də hər il on minlərlə erməninin adı qara siyahıya daxil edilir və onların Rusiyaya gəlişinə qadağa qoyulur. Q. Yeqanyan hətta Ermənistanın Avroasiya iqtisadi ittifaqına daxil olmasına baxmayaraq Rusiya tərəfdən ermənilərə qarşı hər hansı güzəşt edilmədiyini bəyan edib.
Ermənistan miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə 500 mindən artıq erməninin Rusiyada yaşadığı qeydə alınıb və son 20 ildə yüz minlərlə erməni Rusiya vətəndaşlığını qəbul edib. Əlbəttə, bu rəqəm leqal yaşayan erməniləri əhatə edib. Amma qeyri-leqal yaşayan ermənilərin sayı bundan qat-qat artıqdır.
Son iki ayda 2 min erməni Rusiyaya getmək barədə bu ölkənin İrəvandakı səfirliyinə müraciət etsə də, onlardan yalnız 200 nəfəri qara sıyahıdan çıxarılıb.
Rəqəmlərdən də göründüyü kimi, hətta Rusiya bir ittifaqda olduqları erməni qardaşlarına bir o qədər də etibar etmir.
Onu da bildirək ki, Kremlin miqrantlara qarşı tətbiq etdiyi ağır şərtlər erməniləri kütləvi şəkildə Rusiya vətəndaşlığına keçməsi məcburiyyətində qoyub. Cari ilin 9 ayında 10 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığına keçib. Bu fakt erməni mətbuatında da ciddi müzakirələr səbəb olub. Jurnalistlər Sarkisyan hakimiyyətinin Avrasiya İttifaqına daxil olduqdan sonra Ermənistanın belə problemlə qarşılaşmayacağına söz verdiyini xatırladırlar.
"Ermənistanın Arvasiya İttifaqına daxil olmasının tərəfdarlarının miskin arqumentlərindən biri Rusiyada erməni qastarbayterləri üçün şərtlərin yüngülləşdirilməsi idi", - deyə Ermənistanın "Lragir" portalı yazır.
Amma portalın məlumatına görə, Rusiyanın miqrantlar üçün kənd təsərrüfatı, nəqliyyat və tikinti sahəsində işləyən əmək miqrantları üçün kvotaları azaltması vəziyyəti dəyişib. Nəticədə, miqrant kimi iş tapa bilməyən ermənilər çıxış yolu kimi Rusiya vətəndaşlığına keçməyə üstünlük verirlər.
Erməni ekspertlər hesab edirlər ki, 2015-ci ildə Avrasiya İttifaqı işə başladıqdan sonra Rusiya vətəndaşlığına keçən ermənilərin sayı artacaq. "Rusiya ciddi demoqrafik problemlərlə üz-üzədir. Moskva MDB ölkələrindən "soydaşlarını" cəlb etmək niyyətini gizlətmir. Rusiyanın demoqrafik risklərini aradan qaldırmaq üçün ildə 300 min miqrant tələb olunur",- deyə portal vurğulayır.
Onu da qeyd edək ki, Rusiya 30 min erməninin ölkəyə daxil olmasına qoyulan qadağanı qüvvədə saxlayıb. Onlar ölkənin miqrasiya qanunvericiliyinin pozduqları üçün ölkədən çıxarılıblar. Ermənistanın Ərazi İdarətmə Nazirliyinin Miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bu haldan məyusluğunu ifadə edib. O, Rusiya Miqrasiya İdarəsinə 2500 insanın icazəsi üçün sorğu göndərildiyini söyləyib. Lakin Rusiya onlara "dirsək" göstərib. Müraciət edənlərdən yalnız 250 erməniyə münasibətdə Rusiyaya giriş qadağası şərtlər daxilində aradan qaldırılıb.
Q.Yeqanyan deyib ki, hər gün çoxsaylı müraciətlər daxil olur: "Bu problem haqqında rusiyalı həmkarımız ilə danışıqlar nəticə verməyib. Biz ümidlərimizi Avrasiya İiqtisadi İttifaqına bağlamışdıq. Amma çox təəssüf ki, bu təşkilatdan da bizə "qırmızı işıq" yandırılıb. Rusiya tərəfi bildirib ki, bunun Aİ ilə heç bir əlaqəsi yoxdur. Rusiyada qanunpozmalara görə əvvəlki qanunvericilik qüvvəsini saxlayır.
Məlumata görə, Rusiyaya girişə qadağa qoyulan ermənilərin ümümi sayı 31,5 min nəfərdir.
Təkcə ötən il Rusiya Miqrasiya Xidməti 24 min erməninin ölkə ərazisinə girişinə 3 il müddətinə qadağa qoyub. Rusiya Miqrasiya Xidmətinin tətbiq etdiyi yeni qaydalar, ümumilikdə 170 min erməninin bu ölkəyə girişini məhdudlaşdıra bilər.
Qeyd edək ki, ötən il 670 min erməni Rusiyaya gedib. Bu rəqəm 2012-ci ilin göstəricisindən 20 faiz çoxdur.
Rusiyada ermənilərə qarşı nifrətin artması bir müddət öncə Stavropol diyarında 35-40 gənc erməninin Minvod şəhər xəstəxanasına zorla girərək 31 yaşlı Anatolu Larionovu amansızcasına döyməsindən sonra artıb. Xatırladaq ki, bir müddətdən sonra isə döyülən şəxs xəstəxanada ölüb. Artıq həmin faktla bağlı axtarışlar nəticəsində 26 şübhəli saxlanılıb və 7 nəfər axtarışdadır.
Rusiya mətbuatına açıqlamalar verən yerli erməni təşkilatları hadisələri ittiham edir və gənclərin bağışlanmasını istəyir.
Bu hadiəsəyə qədər bölgədə daha çox gürcülərə qarşı mənfi münasibət var idi. Ancaq həm daxili, həm də xarici proseslər ermənilərin Rusiyadakı vəziyyətinə pis mənada təsir edir.
Artıq ermənilər Rusiyada özlərini komfortlu hiss etməməyə başlayıblar.
Yeri gəlmişkən, Moskvada miqrantlar tərəfindən həyata keçirilən cinayət səviyyəsinin 14-15% aşağı düşdüyü bildirilib. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bu gün Dövlət Dumasında çıxışında bildirib. Amma onun sözlərinə görə, buna baxmayaraq, şəhərdə qanunsuz miqrasiya problemi əsas və ciddi problem olaraq qalır.
Onun sözlərinə görə, bu problemin həlli üçün 2015-ci ildən sonra yeni patent sisteminə dəyişiklik ediləcək. "Qanunsuz miqrasiya məsələsini həll etdikdən sonra Moskva dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevriləcək",- deyə Sobyanin vurğulayıb.
O əlavə edib ki, qanunsuz miqrasiyanı həll edən zaman paytaxtın iqtisadi spesifikasını da nəzərə almaq lazımdır.
"Siz bilirsiniz, bizdə demək olar ki, işsizlik yoxdur, iş yerlərinin profisiti isə 2 milyona yaxındır. Təbii ki, miqrant resursları cəlb etmədən bu problemi həll etmək mümkün deyil", - deyə Moskva meri bildirib.
Bu arada Rusiyanın Federal Gömrük Xidmətinin (RFGX) sədri Andrey Belyaninov deyib ki, Ermənistanla qarşılıqlı ticarət əlaqələrinin yeni yollarını axtarır. Buna səbəb bu ölkənin Rusiyanın və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan digər ölkələrlə sərhəddinin olmamasıdır".
O, sanki Ermənistanı Rusiyanın ərazisi hesab edərək onun adından danışıb: "Biz gürcü həmkarlarımızla bir neçə dəfə bu barədə müzakirə aparmışıq. Sonuncu dəfə Türkiyənin Antalya şəhərində görüşdük. Üçtərəfli görüşdə türk mallarının Ermənistana çatdırılması üçün loqistik marşurutları nəzərdən keçirdik. Çünki biz erməniləri unuda bilmərik. Erməni həmkarlarımızla hər gün əlaqə yaradırıq. Sərhədlərimizin olmaması əlavə çətinliklər yaradır, bu məsələnin həllinə çalışacağıq."
Onun fikrincə, Ermənistana avtomobil daşınmaları Gürcüstan vasitəsilə həyata keçirilə bilər. Həmçinin Gürcüstanın Poti limanı vasitəsilə və hava nəqliyyatı ilə daşınmalar mümkündür.
A.Belyaninov Türkiyə, Gürcüstan və Azərbaycan nümayəndələri ilə bu ilin noyabrında Tiflisdə görüş keçiriləcəyini və tranzitlə bağlı problemlərin mütəxəssislər tərəfindən daha geniş müzakirə ediləcəyini vurğulayıb.
Təbii ki, RFGX sədri Andrey Belyaninovun bu cənfəşanlığını başa düşmək o qədər də çətin deyil. Bu, bir daha Ermənistanın müstəqil olmadığını, Rusiyanın həqiqi forpostu olduğunu göstərir. Göründüyü kimi, Ermənistanın taleyi ilə özləri yox, Rusiya maraqlanır və narahatlıq keçirir. Çünki Ermənistanın Aİİ-yə qəbulu Rusiyanın təsiri ilə baş tutub və Rusiya bu ölkəyə çox-çox vədlər verib. Amma halva-halva deməklə ağız şirin olmur. İndi Rusiyanın özündə və Ermənistanda iqtisadi durum tamamilə çətinləşib, necə deyərlər, bıçaq sümüyə dirənib.