Sanksiyalar Rusiyanı çökdürür Dünya

Sanksiyalar Rusiyanı çökdürür

Ruslar yeməyi azaldırlar

Rusiyaya qarşı sanksiyalar, neftin qiymətlərin və rublun dəyərinin kəskin aşağı düşməsi "Makdonalds" restoranlarının şəbəkəsinin bu ölkədəki qiymət siyasətinə də təsir edib.
"İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "Makdonalds" menyusunun qiymətlərinin qaldırıldığını açıqlayıb.
Məşhur "Biq Maq" sendvici iki rubl, standart kartof porsiyası bir rubl bahalaşıb. Restoranlar şəbəkəsində sonuncu bahalaşma mart ayında məşhur Amerika fastfudda qeydə alınmışdı.
Şirkətdən bildirilib ki, qiymətlər çox az artıb. Rusiya "Makdonalds"ın ictimaiyyətiylə əlaqələr üzrə böyük menecer Oksana Belayçuk bildirib ki, məhsulun qiymətinə xammalın dəyəri, elektrik enerjisinin qiyməti və digər amillər təsir edir.
Şirkətin hazırda Rusiyada 464 restoranı fəaliyyət göstərir.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, 2014-2015-ci illər üzrə makro iqtisadi proqnozlarını açıqlayıb. Nazirliyin proqnozlarına görə, 2015-ci ildə gözlənilən 1,2 faizlik ümumi daxili məhsul artımı 0,8 faizə qədər azalacaq.
Rusiyanın Maliyyə Nazirliyi neftin qiymətinin 80 dollar səviyyəsində qalacağı təqdirdə yeni proqnozların etibarlı olacağını açıqlayıb: "Neftin qiyməti düşərsə, vəziyyət mənfi olacaq". Nazirlik Qərbin sanksiyalarından sonra ölkədən çıxarılan pulun yerinə ehtiyatlarındakı pulun 10 faizini - 500 milyard rublu bazara çıxarmağı da planlaşdırır. Onu da bildirək ki, rus rublunun məzənnəsinin sürətli düşməsi səbəbindən ölkədəki bir çox məhsulların pərakəndə qiymətləri artıb.
Buna adekvat olaraq dövlət başçısı Vladimir Putin minimum məvacibin 6 faiz artımı ilə bağlı sərəncam verib. Bu artımdan sonra 2015-ci il üzrə təyin olunan minimum məvacib 5 min 965 rubla yüksəlib. Aparılan araşdırmalara görə, ruslar indidən ərzaq xərclərini azaltmağa başlayıblar. Statistikaya əsasən, xarici şirkətlərin rus bazarını tərk etməsi, xaricdəki rus şirkətlərində və ictimai sektorunda işdən çıxarmalar səbəbindən ölkədə işsizlik artıb.