

Bakıda bu klinikalarda hər kəs koronavirus testi verə bilər - Qiymətlər
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 130 nəfər çatıb
“Fars əyalətində texniki spirtdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur”
Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb
“Rusiyadakı etiraz aksiyaları ilə bağlı saxta məlumatların yayılması ilə əlaqədar ABŞ səfirliyinin nümayəndəsinə nota təqdim edilib”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Təxribat xarakterli mətnin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında etibarsız “saxta” məlumatların kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb”, - sənəddə belə deyilir.
“Bu il 27 yanvar tarixində Xarici İşlər Nazirliyinə çağırılan ABŞ nümayəndəsinə etiraz notası təqdim olunaraq xəbərdar edilib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda vurğulanıb.