Bayden bu gün ilk dəfə kabinetin tam tərkibdə iclasını keçirəcək Dünya

Bayden bu gün ilk dəfə kabinetin tam tərkibdə iclasını keçirəcək

ABŞ lideri Co Bayden bu gün president seçildikdən bəri ilk dəfə olaraq kabinetin tam tərkibdə iclasını keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Ağ Evin Mətbuat katibinin müavini Karin Jan-Piyer açıqlamasında bildirib.

O, əlavə edib ki, görüş zamanı əsas müzakirə mövzusu Bayden tərəfindən təklif olunan pandemiya dövründə ABŞ iqtisadiyyatını dəstəkləyən planın həyata keçirilməsi olacaq.