General Rusiyaya qarşı ən güclü silahı göstərdi Dünya

General Rusiyaya qarşı ən güclü silahı göstərdi

Rusiya təcavüzünə qarşı ən güclü silah həqiqət və ictimai məlumatdır.
Bunu NATO-nun Kosovodakı qoşunlarının keçmiş komandanı, general Uesli Klark deyib.
"Məsləhət görərdim ki, Ukrayna hakimiyyəti çox hazırlıqlı olmalı, bəyanatlardansa çoxlu informasiyalar verməlidir. Və bütün bunlar da yaxşı idarə olunmalı və koordinasiya edilməlidir. Ən güclü silah həqiqətin gücüdür", - Klark bildirib.
NATO-nun Kosovodakı keçmiş komandanı bildirib ki, rus xalqı Ukraynaya qarşı təcavüzün məhz Vladimir Putindən gəldiyini yaxşı anlayır və əgər Putin olmasaydı ruslar bunu dəstəkləməzdilər.
"Buna görə də ukraynalılar rus qohumlarına Ukraynada nələrin baş verdiyini başa salmalıdırlar. Siz yalnız hər gün nəyi görürsünüzsə, onu başa salın", - general deyib (axar.az).