Putinin post - sovet caynağı Dünya

Putinin post - sovet caynağı

"Ukrayna münaqişəsi Dnestryanı bölgəyə ciddi təsir göstərib. Belə ki, bu ərazidə 405 kilometr ümumi sərhəd mövcuddur."
Bunu politoloq və münaqişələr üzrə təhlilçi Sergey Markedonov bildirib.
Onun sözlərinə görə, Dnestryanı münaqişədə Ukraynanın rolu artıb. Ukrayna və Rusiya Dnestryanı münaqişədə sülh prosesinin tərəfləri kimi çıxış edirdi, iki ölkə arasında hazırda yaranmış vəziyyətdə isə bunu demək çətindir.
Politoloq Abxaziya və Cənubi Osetiya məsələsinə də toxunub və deyib ki, Urkaynada böhran Gürcüstanın Avropa İttifaqı ilə Assosiativ sazişin imzalanmasını sürətləndirib. Lakin buna cavab olaraq Rusiya və Abxaziya arasında müttəfiqlik və strateji tərəfdaşlığa dair razılaşma imzalanıb.
O vurğulayıb: "Rusiyanın Abxaziya və Cənubi Osetiyada və ümumiyyətlə, bütün de-fakto dövlətlərə münasibəti fərqlidir. Rusiyanın post-sovet məkanı ilə bağlı heç bir universal yanaşma tərzi yoxdur."