Bakıda hazırda tıxac olan ərazilər açıqlandı Hadisə

Bakıda hazırda tıxac olan ərazilər açıqlandı

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında hazırki vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda paytaxtın Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, Çermet yol ötürücüsünün üzərinə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində və Bakı Olimpiya stadionunun qarşısı, Koroğlu metro stansiyası istiqamətində, Abbasqulu ağa Bakıxanov küçəsinin Cəfər Cabbarlı küçəsi ilə kəsişməsindən, Mərdanov qardaşları küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Türkiyə səfirliyi istiqamətində, 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.
Həmçinin hazırda Bülbül prospektinin, Lev Tolstoy küçəsi ilə kəsişməsindən, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Zərifə Əliyeva küçəsi ilə kəsişmə olan hissəsinə qədər, Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində, Mikayıl Müşfiq küçəsində Badamdar dairəsindən, eyni zamanda Qurd qapısı istiqamətindən, Mikayıl Müşfiq dairəsi istiqamətinə doğru istiqamətlənərək, Parlament prospekti ilə kəsişməni keçərək, Nəriman Nərimanov heykəlinin qarşısı da daxil olmaqla, Mehdi Hüseyn küçəsi ilə kəsişməyə qədər, Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində, Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən, Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində də sıxlıq müşahidə olunur.