Banklar QHT-lərə problem yaradır Hadisə

Banklar QHT-lərə problem yaradır

Hüquq və Monitorinq Komissiyası Mərkəzi Bankın rəhbərliyinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında Hüquq və Monitorinq Komissiyyası qrantlar üzrə bank əməliyyatlarının aparılmasında yaranmış bəzi çətinliklərlə bağlı Mərkəzi Bankın rəhbərliyinə müraciət edib. Müraciətdə bildirilir ki, "Qrant haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə qeydə alınmamış qrant müqavilələri üzrə əməliyyatların aparılmaması və bu tələb pozulduğu halda inzibati cərimənin tətbiqi ilə bağlı edilən dəyişikliklər 04 fevral 2014-cü il tarixdən qüvvəyə minsə də, banklar bu tarixdən əvvəl bağlanmış qrant müqavilələrinini qeydiyyatı və əvvəllər qeydə alınmış qrant müqavilələri (qərarları) üzrə hər dəfə daxil olan maliyyə vəsaitləri (tranşlar) üzrə də bildirişlər tələb edir. Bu da qrant müqavilələri üzrə layihələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatları üçün müəyyən problemlər yaradır. Hüquq və Monitorinq Komissiyası müraciətində bu çətinliyin aradan qaldırılması üçün Mərkəzi Bankın rəhbərliyindən müvafiq tədbir görülməsini xahiş edib.
Komissiya eyni zamanda qrant müqaviləsinin surətinin noratiat qaydasında təsdiqi qaydasının qrant müqavilələrinin qeydiyyatına dair bildirişlərin alınmasında bir sıra çətinliklər yaratdığını da nəzərə alaraq bu tələbin qanunvericilikdən çıxarılması barədə də müvafiq dövlət orqanlarına müraciət hazırlayır.

XC