AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub
İqtisadiyyat naziri gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb
İqtisadiyyat naziri Vaşinqton razılaşmalarının Azərbaycan iqtisadiyyatına təsirini açıqlayıb
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb
27 İyun  2022 17:09
2 702
Çaylarda sululuğun artacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, regionda yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur.
Bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.
Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir.
Son günlər ölkə ərazisinə yağan intensiv leysan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub.
Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.