Obyektiv, dürüst və doğru məlumatın çatdırılmasında jurnalistlərin rolu vacibdir - Mixail Qusman - VİDEO Hadisə

Obyektiv, dürüst və doğru məlumatın çatdırılmasında jurnalistlərin rolu vacibdir - Mixail Qusman - VİDEO

Obyektiv, dürüst və doğru məlumatın çatdırılmasında jurnalist ictimaiyyətinin rolu vacibdir.

Bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində Trend-ə deyib.

"İlk media forumunun Azərbaycanın mədəni-tarixi paytaxtı Şuşada keçirilməsi çox rəmzi xarakter daşıyır. Bu gün jurnalistlərin bayramıdır və forum iştirakçıları müasir Azərbaycanda jurnalistin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyevin səmimi təbriklərini boyük sevinc və məmnunluqla dinlədilər”, - M.Qusman deyib.

Onun sözlərinə görə, bu gün biz çox çətin, mürəkkəb və dəyişən bir dünyada yaşayırıq, burada obyektiv, dürüst və həqiqətə uyğun məlumatların çatdırılmasında jurnalist ictimaiyyətinin rolu son dərəcə vacibdir.

“Azərbaycanın informasiya hücumlarına məruz qaldığı bir şəraitdə, hətta demək olar ki, informasiya müharibəsi şəraitində jurnalistlərin rolu xüsusilə böyükdür”, - M.Qusman deyib.

O qeyd edib ki, bugünkü panel müzakirələri zamanı onların iştirakçıları fikir mübadiləsi aparacaqlar və bundan sonra necə işləmək, yeni planlar qurmaq, bu gün Azərbaycan jurnalistlərinin qarşısında duran vəzifələr barədə danışacaqlar.