Elmi Tədqiqat İnstitutunun  əməkdaşlarına təlimlər keçirilir Hadisə

Elmi Tədqiqat İnstitutunun  əməkdaşlarına təlimlər keçirilir

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşlarının potensialının gücləndirilməsi məqsədilə təlimlər keçirilir.

"Xalq Cəbhəsi" xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetindən dəvət olunan Turanə Məmmədova “Həşəratların sxematikada yeri və morfologiyası”, Zümrüd Quliyeva isə “Bakteriyaların morfologiyası, kimyəvi tərkibi və çoxalması” mövzusunda təlimlər keçib.

Təlim zamanı əməkdaşlara bitki xəstəlikləri və zərərvericiləri haqqında ətraflı məlumat verilib.

Sonda İnstitutun direktoru İbrahim Cəfərov bu cür təlimlərin institutun gənc kadrları üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Cavid