3 Yanvar 16:19
3 Yanvar 13:42
1 Dekabr 2022 16:10
2 821
Bakıda naməlum şəxs tərəfindən bıçaqlanan ailənin daha bir üzvü dünyasını dəyişib.
Trend-in məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə hücum zamanı bıçaqlanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.
Faktı Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.
Xatırladaq ki, hadisə noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür
3 Yanvar 15:35
1 547
3 Yanvar 14:23
1 442
3 Yanvar 12:32
1 596