Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
SpaceX Ukrayna ordusuna Starlink-ə giriş məhdudiyyətlərini yenidən sərtləşdirib
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
Zelenski: ABŞ ötən gecə yenidən Ukraynaya kəşfiyyat məlumatlarını ötürmədi
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
1 Fevral 2023 10:44
2 947
Ölkədə yeni bağların salınması məqsədilə dövlətin vəsaiti hesabına aşağı faizlə verilən kreditlərin güzəşt müddəti uzadılıb.
Bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, həmçinin kənd təsərrüfatı kooperativlərinin fəaliyyətlərinin genişləndirilməsi və təşviqi üçün aqrar kooperativlərə münasibətdə kredit faizinin maksimum həddi 5 faiz müəyyən edilib.
"Həyata keçirilən islahatlar nəticəsində fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi təmin olunur.
Bununla yanaşı, biz aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarımızı ədalətli rəqabətə açmışıq. Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər", - nazir müavini bildirib.