2 Avqust 17:08
2 Avqust 15:49
7 Mart 2023 14:53
5 033
Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
Bu barədə Trend-ə Peşəkar Futbol Liqasından məlumat verilib.
Bildirilib ki, son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.
"Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
2 Avqust 17:11
742
2 Avqust 17:07
728
2 Avqust 13:15
938