Türklər ata-baba torpaqlarından çıxarılıblar Hadisə

Türklər ata-baba torpaqlarından çıxarılıblar

Mərhum araşdırmaçı Əli Kərimibəyli: "Ermənini dünyada bizdən yaxşı heç kim tanıya bilməz"

Həmərd mərdlik, insanlıq tanımır, insanlıqdan keçir. Mərhum araşdırmaçı Əli Kərimbəylinin yazılarında tarixin müxtəlif dönəmlərindən üzü bəri türk xalqlarına, habelə Azərbaycan-Türk xalqına qarşı yapılan soyqırım əhvalının, tarixi faciələrin kökündə duran səbəblərə özünəməxsus yanaşma var. Kiprdə türklərə qarşı vaxtilə törədilmiş qanlı olaylarla bağlı araşdırmaçının fikirləri: "Kiprdə (Kıbrıs), Lefkoşada yaşanan faciələr tükürpədicidir. Ancaq türkü zəif, kimsəsiz görən adanın digər sakinləri olan Rum kəsimi 1000 ildən artıq türklərin adada yaşamasına baxmayaraq, ingilis-yunan-rus-erməni dördlüyünün fitvası, maddi, mənəvi dəstəyi ilə silahlanmış, min ildən bəri duz-çörək kəsdiyi sadə türk kəndlərinə, qəsəbələrinə 1963-cü ildən keçmişi saymasaq, üzü bəri 1974-cü ilə qədər tam bir arxayın qudurğanlıqla adada yaşayan türklərə zülm etmiş, divan tutmuş, soyqırım yapmışdılar. Kipr tarixində bəxtsizlərdən biri də Matyat kəndidir. 1963-1974-cü illər arasında Kiprdə yaşayan türk qardaşlarımız sadəcə, türk olduqlarına görə vəhşi hücumlara məruz qalıblar, silahsız və bəlkə də talesiz insanlara acımadan onları qətl ediblər. Lefkoşaya tabe, Lefkoşanın cənub səmtinin 26 kilometrliyində yerləşən Matyat kəndində 1960-cı il əhalinin siyahıya alınmasına görə, 201 rum və 208 türk yaşadığı qeyd olunub. Matyatın türk məhəlləsi 23 dekabr 1963-cü ildə öylə vaxtı Matyatlı rumlar və qonşu kəndlərdən gələn təpədən-dırnağa kimi yüzlərlə silahlı rumun hücumuna məruz qaldılar. Ov tüfənglərilə silahlanaraq 15-20 türk gənci silahlı rumlulara dirənir, kəndi bu saldırğan, yırtıcı, faşist rumlulardan (yunanlardan) savaşaraq müdafiə etməyə başlayırlar. Hava xeyli qaralandan sonra güllələrini və fişənglərini tükətdikdə hər ehtimalla doğma kəndlərini tərk edir, qonşu Qoçyatağı (Koççat) kəndinə doğru geri çəkilirlər. Ancaq bir azdan dönüb geri baxanda görürlər ki, onların evləri yağmalanır, sonra türklərin evlərini yandırıb alova qərq edirlər. Matyatlı soydaşlarımız artıq anlayırlar ki, geriyə qayıtmağın bir mənası yoxdur".
Ə.Kərimbəylinin araşdırmalarından məlum olur ki, ötən onillər ərzində Matyatlı türklər geri dönmədilər və beləcə, mal-mülk varidatından məhrum oldular: "O zamandan Matyat kəndliləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirlər. Onlarla bərabər Yağmuralan kəndliləri də AİHM-ə müraciət edib. Hələ də cavab gözləyirlər. Təsəvvür edirsinizmi, 21 dekabr 1963-cü ildə bu hadisələri törətməyə fitvanı, Yunan kilsəsinin papası, qatil Makarios vermişdi. Bu da Allaha ibadət edən xristian keşişi... Bir əli xristian kitablarının üstündə, o biri əli qanlı xaçın üstündə olan din adamı suçsuz, günahsız insan ölümünə necə rahatlıqla fitva verə bilər? Bu papaz Misirdən, bir də Sovet İttifaqından silah alıb bütün cinayətkar ünsürləri silahlandırıb 5 min nəfərlik polis ordusu yaratdı. Halbuki polis təşkilatında xeyli miqdarda türk millətindən olan polisləri özü işdən qovdurmuşdu. Papazın məqsədi aydın idi: adanı türklərdən təmizləmək. Qəribədir, kim kimdən təmizlənir? Əlindəki xaçı qılınca, avtomat "Kalaşnikov"a çevirmiş və haram pullara qul olan birisinin bu adada yaşamağa haqqı var, məsum türkün isə yox, yalnız ona görə ki, o TÜRKDÜR?! Utanmadan-qızarmadan bəyanat verib bütün dünyaya deyir ki, mən adanı türklərdən təmizləmək üçün bunu yapdım. Türkə nahaq yerə bəslənilən kin və nifrət duyğusu əks-rabitə ilə, təsirin əks təsirə bərabər olmasını qəbul edən sağlam məntiqlə Lefkoşadan Alp Arslan türkeş doğuldu və bütün şüurlu həyatını millətinin xidmətinə yönəltdi. Əminəm ki, o adada tolerantlıq və saf humanizm olsaydı, ordan-oradakı ictimai milli mübarizə şüurundan Əfşar soylu Alp Arslan Türkeş doğulmazdı. KKTC-nin qurucusu Rauf Denktaş kitablarında yazır ki, 21 dekabr 1963-cü ildən 23 mart 1964-cü ilədək, cəmi 90 gündə Matyatlara yapılan kimi 98 Türk köyü yağmalanmış, yandırılmış, sonra da yerlə bir edilmişdi. Baf qəsəbəsində 105 Türk dükanı və 123 Türk evi yandırılıb dağıdılmış, 140 dükan və 212 ev də yağamalanmış, talan edilmişdi. O zamankı maliyyə vəziyyətinə görə dəyən zərər 1,4 milyard türk lirəsi idi. Lefkoşada yaşayan Türklərə vurulan ziyana sadəcə, rəqəmlərin ölçüsündən baxın. Heç bir ziyan ifadə edən rəqəm məsum bir insanın bircə günlük yaşadığı faciəli anların bədəlini ödəyə bilməz. Adada yaşayarkən türklər telefon xidmətindən tamamən məhrum olmuş durumdaydılar, elektrik isə son dərəcə məhdud. Adada gündüz-gecə gəzintisində can güvənliyi tam yox idi, harda fürsət düşdü, "Türkdür" - deyə öldürürdülər və heç kim məsuliyyət daşımırdı. Poçt xidməti türklər üçün qadağan idi. Kipr türklərini dünyadan təcrid etmişdilər. Makarios papaz deyildi sanki, türk qanı içməyə hazır olan bir erməniydi. Bu yasaqlar və qadağaların hamısını türklərə qarşı o uyqulayırdı. Kiprli soydaşlarımızin hamısı bir nəfər kimi 1963-1974-cü illər arası aldıqları zədələr, talan və soyqırım üçün Matyat və Yağmuralan kəndliləri kimi birləşib məhkəməyə (AİHM) müraciət edib, öz haqlarını tələb etməlidir".
Sözügedən mövzu sarıdan Bolqarıstanda türklərə qarşı tarixən sərgilənən münasibətlərə toxunan Ə.Kərimbəyli yazır: "Tarixin toz-dumanlı yolları ilə geri dönüb baxanda Bolqar türklərini b.e.-nın III-V əsrlərində Uralda, Xəzərin Şimalında, indiki Tatarıstan, Çuvaşıstanda, bir də indiki cənubi Ukraynada... bir sözlə, Bulqariyda (indiki çuvaş, tatar, başqırd, Moskva ərazisində və Qara dəniz sahillərində) görürük. Bugünün reallığında bolqarlar özlərini türk də adlandıra bilər, slavyan da; bu, onların öz işidir, buyursunlar, özlərinə lap təmiz qanlı slavyan desinlər, axı tarix öz sözünü deyib və işin tərsliyindən tarixdən haçan soruşsan ki, bu bolqarlar etnik mənşəyinə görə kimlərdir, yenə deyəcək ki, bu millət türkdən dönüb bolqar olub. Bu xalqın etnogenezində dominanat faktor türk qanıdır. Tarixi vətənləri isə Uraldır. Yəni türk etnogenindən ayrılan bir çox xalqlardan biri kimi. Tarixin gedişatı onları assimilyasiya edib, baxmayaraq ki, XIII əsrin sonlarına qədər həmən bu bolqarlar bəyənsələr də, bəyənməsələr də doğma türk-mizi-qıpçaq dilində danışıb, xristian dinini qəbul etdikdən sonra tədricən slavyan dili üstünlük qazanıb. Etnik türk öz kimliyini unudub, dədəsinin, babasının öz irq kökünü itirib, bu gün öz soydaşları və birlikdə yaşadıqları ölkənin vətəndaşları olan Türklərə işgəncə verir, zülm edir. Kim bilir, bəlkə də ona görə yazıçı Y.Konstantinov əzəmətli romanının adını "Tənəzzül" qoyub. Bolqarıstanda yaşayan türklərdən istifadə etməklə bolqarlar böyük Türk Dünyasına özünü inteqrasiya etmək imkanı əldə edə bilər. Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistanla... Dostluq, Həmrəylik, Əməkdaşlıq, Tərəfdaşlıq müqavilələri imzalayar və transxəzər proyektlərdə yaxından - necə deyərlər, qanıbir, kökübir, soyubir qardaş kimi iştirak edə bilərdi. Bir də adama deyərlər, qardaş, bu toprağı Uraldan kürəyində gətirməmisən ki?! Moskva Kremlində Bolqarıstan üçün kadrları hazırlayan mərkəzlərdə A.Mikoyanın təsiri güclü idi. Orada yüzlərlə erməni, professor-müəllim kimi yerləşdirilmişdi. Bu şəxslərin hamısı bir nəfər kimi ciblərində kommunist bileti gəzdirir, ürəklərində isə Mikoyanın tapşırıqlarını və Daşnaksütun partiyasının ideologiyasını. Onun gizli tapşırığı ilə Bolqarıstanda yaşayan müsəlmanların, o cümlədən qaraçıların, Pomakların (qədim yerli hun-kıpçak türkləri), daha sonra isə Bolqarıstanda yaşayan türklərin əvvəl adlarını zorla dəyişdirib xristian-bolqar adları yazmağa başlamışdılar, ancaq 1980-cı ildən sonra isə müsəlmanları - türkləri və müsəlman olan qeyri-türkləri ölkədən əvvəl gizli şəkildə, sonra isə açıq şəkildə qovmağa başladılar. Türk dilində məktəblər bağlandı, radio-televizya verilişlərinə, türk teatrlarına, qəzet və kitab nəşriyyatlarına yeni səlib-xaç yürüşü qaydaları və metodları tətbiq edildi; sayı 1000-dən çox Türk ilk və orta məktəbləri, 7 Türk lisesi, Ruse şəhərində Özəl Türk Qız Lisesi, Sofiya, Kırçalı, Razqrat şəhərlərində özəl Müəllim Məktəbləri, Şumen, Rusçuk, və Haskovo şəhərlərində türk teatrları bağladıldı. Todor Jivkovlar Moskvadan - SSRİ-nin partiya və dövlət rəhbərlərindən erməni-slavyanofilçi rus təzyiqi nəticəsində aldığı tapşırıqları arxayın həyata keçirirdi. Ona kimsə "qaşın üstündə gözün var" deməyəcəkdi.
Böhran xarakterli ictimai-siyası həyatdan xalqı aldadaraq azdırmaq üçün Jivkov rejimi türklərə qarşı daha böyük kampaniya başlatdı".
1989-cu ilin aprel ayından etibarən etnik türkləri yüzillərin ata-baba torpaqlarından, yerindən-yurdundan, həqiqi tarixi vətənlərindən kütləvi şəkildə zor tətbiq etməklə çıxarmağa başladılar: "Milyonlarla türk öz evindən-eşiyindən Türkiyə Cümhuriyyətinə köçməyə başladı. Türklərə edilən işgəncə, hətta əsgərlikdə belə ayrı-seçkilik davam edir, bolqar əsgələrinə rəva görmədikləri ağır işi, işgəncə verici işi türk kökənli əsgərlərə verirdilər. Bu kimi sitəmli həyat, ayrı-seçkilik gənclərin könül dünyasında sızıltı yaradırdı. İncimiş, ədalətli və istedadlı gənclər isə öz hisslərini, duyğularını bayatılar və nəğmələr vasitəsilə ifadə edirdi. Bu maddi, mənəvi, cismanı soyqırımıdır. Gürcüstandan Axıska türklərini, Azərbaycan türklərini, Ermənistandan yenə də Azərbaycan türklərini, Krımdan Kıpçak-Tatar, Karaim, qədim göy Oğuz türklərini qovduran Moskva Bolqarıstandan türk kökənli xalqları kütləvi şəkildə qovdurdu. Belə məsələlərdə - türk əleyhinə layihələrdə moskvalı erməni lobbisi, Londonda yerləşən Amerikan-ingilis cəsus təşkilatları ilə birləşirdi. Biz bu gün belə onların birləşərək bizə qarşı olduqlarını hər an yadda saxlamalıyıq, onların bizə qarşı ciddi fəaliyyətini nəzərdə tutmalıyıq. Harda etnik türkə qarşı bir əməl varsa, orada mütləq erməni barmağı var - bunun ən yaxşısını biz Azərbaycan türkləri bilirik. Çünki ermənini dünyada bizdən yaxşı heç kim tanıya bilməz..."

Uğur