Ağdaşda seçicilərə qeydiyyatdançıxma vəsiqəsi veriləcək Hadisə

Ağdaşda seçicilərə qeydiyyatdançıxma vəsiqəsi veriləcək

Bu gün 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanacaq.
Seçki Məcəlləsinə əsasən DSK tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 45–25 gün qalmış dövrü əhatə edir. 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dövr mayın 4-dən mayın 24-dək olan müddəti əhatə edir. Seçki Məcəlləsinin tələbinə əsasən Mərkəzi Seçki Komissiyası sabaha qədər seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiq etməlidir.
Dairə Seçki Komissiyası öz növbəsində nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsini mayın 4-dək başa çatdırmalıdır.