Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
İsrail kapitanına hücum edilən "Flydubai" təyyarəsini vurmağa hazır olub
Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir
23 May 2023 14:40
3 871
Zəngilandan iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib.
Trend-in məlumatına görə, bunu “Qırmızı Kitab”ın üçüncü nəşrinin təqdimatında jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.
O bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb.
"Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız Azərbaycan florasında olan, 86 ildir toplanılmayan bitkiləri toplayıblar; onların şəkilləri çəkilib, yerləri müəyyən edilib.
"Qırmızı kitab"ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir", - deyə o bildirib.
Qeyd edək ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.