Bessent: ABŞ və Çin 15-16 mart tarixlərində ticarət danışıqları keçirəcək
İran XİN: ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturu regionu qeyri-sabitləşdirir
İran: ABŞ səhvinin əvəzini çıxana qədər münaqişəyə son qoymayacayıq
Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”
2 İyun 2023 14:56
3 143
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.