“Azəriqaz”ın səlahiyyətləri iki nazirlik arasında bölüşdürüldü Hadisə
- 24 May 2016 17:37
- 1 113
"Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.
"Azəriqaz" İB-dən verilən məlumata görə, Baş nazir Artir Rəsi-zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlə təmin edilib. "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib. O bildirib ki, heç bir işçi ixtisar olunmayıb: "Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları mütəmadi olaraq mənzillərə texniki baxış keçirib. Təkcə ötən ay ərzində əməkdaşlarımız tərəfindən 78 534 mənzilə texniki baxış keçirilib. Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz" tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir".
"Qazdan istifadə Qaydaları"nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.
FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

-
Bu günün valyuta məzənnələri
-
Şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA
-
Türkiyə vətəndaşı olan TIR sürücü Bakı-Quba yolunda ölüb
-
Tokayev Xarici Kəşfiyyat və Terrorla Mübarizə Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib
-
Avstraliya İrana qarşı sanksiyaları genişləndirib
-
Tramp zarafat edərək atışma səbəbilə qolf oyununun raundunu bitirmədiyini deyib
-
Bakıda bəzi prospekt və küçələrdə svetoforlara “yaşıl dalğa” tətbiq edilir
-
Yaponların 26%-i sabiq müdafiə nazirinin baş nazir postuna namizədliyini dəstəkləyib
-
Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
-
Kəşfiyyat İran tərəfindən sui-qəsd təhlükəsi ilə bağlı Trampa məlumat verib
-
"Putinin təşəbbüsü Ukraynanı qorumaq üçün son şansdır"
-
Bayden Trampın təhlükəsizliyini təmin etmək üçün göstəriş verib
-
ABŞ ordusu Yəməndə husilərin raket sistemini məhv edib
-
Harris Trampa qarşı baş vermiş sui-qəsd cəhdinə münasibət bildirib
-
Tramp insident zamanı zərər görmədiyini deyib
-
FTB Trampın yaxınlığında baş verən atışmanı sui-qəsd cəhdi kimi qiymətləndirir
-
Ukrayna PUA-lara qənaət etmir
-
Bu gün Azərbaycanda ilk dərs günüdür
-
Rusiya Ukrayna canlı qüvvəsinə və zirehli texnikasına hücum edib
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Vüqar Rəhimzadə: Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB
-
Bakıda külək əsəcək, rayonlarda şimşək çaxacaq - PROQNOZ
-
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
-
Türkiyənin kəşf edilməyən cənnətləri : Tarixi kəndlər
-
Temperatur 3-6 dərəcə enəcək, intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyanın açılması 10 noyabr bəyanatı çərçivəsində mümkündür
-
Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verib
-
Azərbaycan nefti ucuzlaşıb
-
Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - PROQNOZ
-
NATO baş katibi: Rusiya ilə dialoq bərpa olunmalıdır
-
Mediada ədəbi dilin qorunmasına çağırış
-
Qlobal təcrübədən yerli təsirə: Qızları gücləndirməyə yönəlmiş mentorluq hekayəsi
-
Xətai rayonunda birincilərlə görüş keçirilib - FOTO
-
Fransa XİN rəhbəri Ermənistana səfər edəcək
-
Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb
-
MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb - YENİLƏNİB
-
MSK deputatlığa namizəd Vəfa Nağıyevanın 70 saylı Neftçala Seçki Dairəsi üzrə müraciəti ilə bağlı qərar qəbul edib
-
Azərkosmos Nigeriyada ödənişli televiziya yayımı təşkil edəcək
-
AMEA şəhidlərlə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsi ilə bağlı açıqlama yayıb
-
“Qərb siyasətinin xristian səlibçiliyi yeni forma alıb”
-
Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
-
MSK 5 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 4 məntəqədə nəticələr etibarsız sayılıb
-
“Ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik”
-
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib
-
İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb
-
“Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb”
-
“Şvabe də istifadə olunub bir kənara atılacaq”
-
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - FOTO
-
İctimai iaşə dövriyyəsi 9% artıb
-
Bu il 1928 əkiz, 84 üçəm, 4 dördəm doğulub
-
Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb
-
“Şahdəniz” qazının ixracı artıb
-
Azərbaycanda əhalinin sayı açıqlanıb
-
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13% artıb
-
COP29 çərçivəsində Bakıda mədəniyyət nazirlərinin görüşü keçiriləcək
-
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
-
Bakı Metropoliteni: Maliyyə və digər məsələlərin həllindən sonra "Həzi Aslanov" stansiyasında təmirə başlanılacaq
-
Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq
-
Bakı metrosuna iki yeni qatar gətirilib