ABŞ-nin İrana ehtimal olunan zərbələri bir neçə gün davam edə bilər Dünya

ABŞ-nin İrana ehtimal olunan zərbələri bir neçə gün davam edə bilər

ABŞ-ın İrana endirə biləcəyi yeni intensiv zərbələr seriyası bir neçə gün davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumatlı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda, diplomatların sözlərinə görə, İran tərəfindən cavab tədbirləri daha uzunsürən münaqişəyə gətirib çıxara bilər.

Nəşrin mənbələri təsdiqləyib ki, Vaşinqton Yaxın Şərqdəki müttəfiqlərinə noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra ehtimal olunan əməliyyat barədə artıq xəbərdarlıq edib. Birləşmiş Ştatların rəsmi şəxsləri həmçinin müttəfiqlərini İranın energetika obyektlərinə və digər kritik vacib infrastruktura cavab zərbələri endirəcəyi gözləntisi fonunda ehtiyat tədbirləri görməyə çağırıblar.

Ötən gün "The Wall Street Journal" qəzeti də məlumatlı mənbələrə istinadən Vaşinqtonun Fars körfəzinin bir sıra ölkələrini ABŞ Konqresinə aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatlara hazırlıq barədə məlumatlandırdığını xəbər vermişdi.

Nəşrin mənbələrinin məlumatına görə, potensial hədəflərə İranın energetika infrastrukturu, nüvə obyektləri, həmçinin raket kompleksləri və pilotsuz uçuş aparatları daxildir.

Məryəm Quliyeva