"Dövlətlərin təhlükəsizliyi siyasi iradə və milli birliyin vəhdətindən asılıdır" Dünya

"Dövlətlərin təhlükəsizliyi siyasi iradə və milli birliyin vəhdətindən asılıdır"

Müasir beynəlxalq münasibətlər sistemində sülhün qorunması yalnız diplomatik bəyanatlarla deyil, həm də güclü müdafiə potensialı və strateji hazırlıqla təmin olunur.

Bunu xalqcebhesi.az-a politoloq Əfəndi İbrahimli deyib.

O, qeyd edib ki, NATO-nun mövqeyi bir daha göstərir ki, mümkün təhdidlərə qarşı hazırlıqlı olmaq müharibəyə can atmaq deyil, onun qarşısını almağa yönəlmiş mühüm addımdır:

"Tarix sübut edir ki, dövlətlərin təhlükəsizliyi və suverenliyi güclü müdafiə sistemi, siyasi iradə və milli birliyin vəhdətindən asılıdır. Əsl güc müharibə istəməmək, lakin ölkənin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli mövqe nümayiş etdirməkdir. Bu baxımdan, beynəlxalq sülhün və sabitliyin qorunması üçün məsuliyyətli siyasət, qarşılıqlı hörmət və dialoq hər zaman prioritet olmalıdır".

Xatırladaq ki,Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Varşavada keçirilən mətbuat konfransında deyib ki, NATO Rusiya ilə müharibə istəmir, lakin savaş başlayacağı təqdirdə öz ərazisinin hər qarışını müdafiə etməyə hazırdır.

“Böyük Britaniya və NATO-nun Rusiya ilə müharibə vəziyyətinə düşə biləcəyi ssenarisinə hazır olmalıyıq. Bu, müharibə istədiyimiz üçün deyil, Rusiya xalqı ilə heç bir münaqişəmiz yoxdur və Rusiya ilə də müharibəyə can atmırıq. NATO müdafiə xarakterli alyansdır. Alyans ölkələri Rusiya ilə qarşıdurmaya və NATO ərazisinin hər qarışını müdafiə etməyə nə qədər çox hazırdırsa, belə bir ssenarinin baş vermə ehtimalı bir o qədər azdır”, - o bildirib.

Cavid