08:46
448
İsveçrə Ukrayna münaqişəsinin nizamlanması məsələsində bütün tərəflərlə əlaqələri saxlamaqda davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Federal Respublikanın Xarici İşlər Nazirliyindən bildirilib və əlavə olunub ki, ölkə danışıqlar üçün platforma təklif etməyə hazırdır.
"Federal Xarici İşlər Departamenti bütün tərəflərlə təmasları saxlayır və dəyişməz olaraq öz xeyirxah xidmətlərini təklif edir", - deyə idarədən bildirilib. Nazirlikdən həmçinin vurğulanıb ki, İsveçrə Ukraynada davamlı və ədalətli sülhə nail olunmasına yönəlmiş hər bir diplomatik təşəbbüsü alqışlayır.
Məryəm Quliyeva