08:39
469
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını öz şərəfinə dəyişdirmək istədiyini bir daha bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Ohayo ştatında respublikaçı tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Düşünürəm ki, biz onun adını Tramp boğazı qoyacağıq. Biz Meksika körfəzinin adını Amerika körfəzi, möhtəşəm Ontario gölünün adını isə Amerika gölü olaraq dəyişdik. Zənnimcə, müəyyən bir məqamda Hörmüz boğazını da Tramp boğazı adlandıracağıq", – o deyib.
Tramp həmçinin bəyan edib ki, hazırda Hörmüz boğazından "yeddi ay əvvəlkinə nisbətən daha çox neft keçir" və İranla münaqişə başa çatdıqdan sonra benzin və neft qiymətlərinin düşəcəyini vəd edib.
Məryəm Quliyeva