28 Oktyabr 17:49
28 Oktyabr 17:11
28 Oktyabr 14:15
08:23
483
ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, İslam Respublikasının rəhbərliyi, nüvə sahəsi, energetika və infrastrukturu ilə bağlı obyektlərə aviazərbələr endirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Portal qeyd edib ki, Tehranla danışıqlarda vasitəçi ölkələr İrana Amerika sanksiyalarının yumşaldılması müqabilində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşlarına nüvə infrastrukturu obyektlərində yoxlamalar aparmağa icazə verməyi təklif ediblər. "Axios"un mənbələrinin bildirdiyinə görə, Qətərin rəhbərliyi altında vasitəçilər Vaşinqton və Tehran arasında diplomatik razılaşmaların əldə olunmasını təmin etməyə və ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra hərbi əməliyyatların bərpasının qarşısını almağa çalışırlar.
Portalın mənbələri dəqiqləşdirib ki, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Birləşmiş Ştatlar "bir həftə ərzində İran rəhbərliyi, energetika, nüvə sahəsi və infrastrukturu ilə bağlı obyektlərə güclü aviazərbələr endirə bilər".
Məryəm Quliyeva