

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sabirabadda keçmiş arvadı və qaynına hücum edən şəxs saxlanılıb.
Bunu Trend-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov deyib.
N.Həmidov bildirib ki, Sabirabad rayon sakini M.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında keçmiş kürəkəni D.Mehdiyevin onların yaşadığı ünvana gəlməsi, evin qarşısında saxladığı "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salması, eləcə də ona və bacısına təhqir edərək xəsarət yetirməsi barədə məlumat verib.
"Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş D.Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir", - deyə o, əalvə edib.