Havanın temperaturu 25 dərəcəyədək yüksələcək Hadisə

Havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimal olunur. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.