

Bakıda evdən külli miqdarda oğurluq olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.