Azər Allahverənov Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib Cəmiyyət

Azər Allahverənov Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib.

Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.
Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən məsələlər, o cümlədən infrastruktur, məşğulluq, sosial rifah və hüquqi dəstəyə ehtiyac duyulan sahələr ətrafında geniş müzakirələr aparılıb.
Deputat Azər Allahverənov Kürdəxanı bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən məsələlərin operativ həlli yollarını müzakirə edib.