

Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinə yeni cihazlar quraşdırılacaq.
Trend-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmanda əksini tapıb.
Dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazdır.
Qeyd edək ki, taxoqraf cihazı şəhərdaxili taksilərə aid deyil. Taxoqraf, beynəlxalq sərnişin və yükdaşımalara aiddir. Taksilərə isə taksometr aiddir. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur.