Karapetyan çirkli pulların yuyulmasında ittiham olunub Dünya

Karapetyan çirkli pulların yuyulmasında ittiham olunub

Erməni müstəntiqləri həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana qarşı ittihamlar əlavə ediblər.

Onun mətbuat xidməti xəbər verir ki, konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, o, çirkli pulların yuyulmasında da ittiham olunub.
“Bu yaxınlarda Samvel Karapetyana heç bir əsas olmadan bir neçə şirkətin fəaliyyəti nəticəsində çirkli pulların yuyulması ittihamı irəli sürülüb”, - deyə Karapetyanın komandası bəyanatında qeyd edib və ittihamı siyasi təqib adlandırıb.