29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
16 İyul 2025 12:18
6 930
Qərbi Azərbaycan valisi Rza Rəhmani konfransda Urmiya Gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab olaraq maarifləndirmənin zəruriliyini vurğulayaraq deyib: “Keçmişdə gölə birbaşa cavabdeh olan bəzi insanlar bu gün sadəcə tənqidçiyə çevriliblər, halbuki onlar əvvəlcə keçmiş fəaliyyətlərinə görə cavab verməlidirlər”.
Gunaz.tv
O, Bərpa Komitəsinin qərarlarına istinad edərək dedi: “Ümumi 27 əsas qərardan yalnız 30 faizi yerinə yetirilib və son 10 ildə Urmiya gölünün dirçəldilməsi üçün heç bir təsirli tədbir görülməyib”.
Qeyd edək ki, son 10 ildə Məhəmməd Mehdi Şəhriari və Sadiq Mötəmediyan adlı Qərbi Azərbaycanın yerlisi olmayan kürd Tehran tərəfindən Qərbi Azərbaycan valiliyinə təyin edilib.
Rəhmani Urmiya gölünün bərpası planlarının təxminən 30 faizinin həyata keçirildiyini iddia etsə də, bu da gerçəyi taç əks etdirmir. Ötən gün xəbər verdiyimiz kimi, Zab çayından gölə verilməli olan su əvəzində şəkər çuğunduru sahələrini suvarmaq və Mahabad şəkər zavodunu su ilə təmin etmək üçün istifadə olunur.
IRNA xəbər agentliyinin məlumatına görə, Urmiya gölündəki suyun hazırkı həcminin təxminən 1,14 milyard kubmetr olduğu təxmin edilir; Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,44 milyard kubmetr azdır.
28 Avqust 10:48
1 589
25 Avqust 11:15
2 744
25 Avqust 11:13
2 625