Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
1 Dekabr 2023 16:24
3 276
Dünya əsas iqlim hədəflərinin əldə edilməsi üzrə nəzərdə tutulan planlardan əvvəlki kimi uzaqdır.
Trend xəbər verir ki, bunu Böyük Britaniya kralı III Çarlz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.
"Müəyyən irəliləyişə baxmayaraq, transformasiya tədbirləri lazımdır, çünki iqlim dəyişikliyi ilə bağlı təhlükələr artıq uzaq risklər deyil", - o deyib.
Kral III Çarlz bu sahədə müsbət dəyişikliklər əldə etməyə çağırıb.
"İlk dəfə COP28 sammitində ölkələr 2015-ci ildə Paris sazişi imzalandığı vaxtdan sonra əldə edilmiş irəliləyişi qlobal səviyyədə qiymətləndirəcəklər. Bütün qəlbimlə dua edirəm ki, COP28 həyəcanlı dönüş məqamlarını izlədiyimiz bir vaxtda əsl transformasiy tədbirləri yolunda həlledici dönüş nöqtələrindən biri olsun. Bütün səylərə baxmayaraq, hazırda atmosferdə əvvəlkindən 30 faiz çox karbon qazı və təqribən 40 faiz daha çox metan qazı var", - o deyib.
Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib.
25 Sentyabr 18:21
1 246
25 Sentyabr 17:17
994
25 Sentyabr 17:16
952