Şəkidə kişini inək vurub öldürdü Hadisə

Şəkidə kişini inək vurub öldürdü

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, martın 2-də 1954-cü il təvəllüdlü rayon sakini Fikrət İsmayılovu inək vurub.

Ağır xəsarət alan 70 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, F.İsmayılov ötən gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.