Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
16 Aprel 2024 18:29
4 032
Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “APA-Economics” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə “Dübəndi” qazpaylayıcı stansiyasında (QPS) “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd edilib ki, təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.