Tramp İrana qarşı hərbi əməliyyatın uzandığını etiraf edib Dünya

Tramp İrana qarşı hərbi əməliyyatın uzandığını etiraf edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı Amerika hərbi əməliyyatının gözlədiyindən daha uzun sürdüyünü etiraf edib.

Xalqcebhesi.az xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı deyib.

"Biz dünyada ən güclü silahlı qüvvələri yaratmışıq. Hərbçilərimizi düşündüyümdən daha uzun müddətə cəlb etməli olduq, lakin biz İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik",- ABŞ prezidenti bildirib.

Ağ Evin rəhbəri Birləşmiş Ştatların Hörmüz boğazına nəzarət etdiyinə dair iddiasını bir daha təkrar edib. "Biz boğaza nəzarət edirik, mən onu "Tramp boğazı" adlandırıram", — deyə o bəyan edib.

Məryəm Quliyeva