Azərbaycanda içməli suyun böyük hissəsi kənardan gəlir - Komitə sədri Hadisə

Azərbaycanda içməli suyun böyük hissəsi kənardan gəlir - Komitə sədri

Yoluxucu xəstəliklərin yayılmasında su faktorunun, xüsusilə içməli suyun böyük əhəmiyyəti var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycanda içməli suyun böyük hissəsi kənardan gəlir.

“Bizim içməli suyun 25 faizi ölkə daxilində formalaşır, 75 faizi isə kənardan gəlir. Azərbaycan içməli suyun təmizliyi məsələsinə böyük diqqət yetirir”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, hər kəs ekologiyanın qorunmasına töhfə verməlidir.