Dövlət başçısının Çexiyaya səfəri başa çatıb Hadisə

Dövlət başçısının Çexiyaya  səfəri başa çatıb

Prezident İlham Əliyevin Çex Respublikasına işgüzar səfəri başa çatıb. Qeyd edək ki, prezident İlham Əliyev Praqada keçirilən "Şərq tərəfdaşlığı" sammitində iştirak edib.
Dövlət başçısı səfər zamanı Çexiya prezidenti Miloş Zeman ilə görüşüb, görüşdə "Şərq tərəfdaşlığı" Proqramının sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Dövlət başçısı Praqada Moldova, Polşa və Gürcüstan prezidentləri ilə görüşüb. Görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Polşa prezidenti Bronislav Komorovski Azərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət edib.