21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Litva Prezidenti ABŞ-nin ölkəyə yeni hərbi kontingent göndərdiyini bildirib
Prezident İlham Əliyev: Mövcud yataqların ehtiyatlarını tam dəqiqləşdirməliyik
Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq
23 İyul 2024 16:33
3 003
On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzalar müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-1-ci maddədə əksini tapıb.
Qanuna əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.