Kallas: Aİ Rusiyaya qarşı 40 yeni tankeri qara siyahıya alacaq
İran XİN: Mart ayında Rusiyanın iştirakı ilə Əfqanıstanla bağlı ikinci iclas keçiriləcək
Kallas: Ukraynanın NATO üzvlüyü artıq müzakirə mövzusu deyil
Ermənistan seçkilərə xarici müdaxilənin qarşısının alınması üçün Aİ-dən yardım istəyib
Emin Əmrullayev Böyük Britaniyanın Lordlar Palatasının üzvü ilə görüşüb
20 Noyabr 2024 09:36
3 290
Növbəti Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü 2026-cı ildə Azərbaycanda keçiriləcək.
APA xəbər verir ki, bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev deyib.
“Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə ev sahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq. Bu baxımdan mən Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi olaraq vurğulamağıma qürur duyuram. Biz bu qrupdakı həmkarlarımıza - Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-Habitat-a təşəkkürümüzü bildiririk” - Anar Quliyev əlavə edib.