

Cenevrədə İranla "Avropa üçlüyü" arasında danışıqlar başlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
İran Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda bu gün Cenevrədə Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparır.
Danışıqlarda İranı xarici işlər naziri Abbas Əraqçi, "Avropa üçlüyü"nü isə adıçəkilən ölkələrin XİN rəhbərləri təmsil edir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da danışıqlara qatılıb.