Göygöldə yol qəzası olub, xəsarət alanlar var Hadisə

Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəzada bir neçə nəfərin xəsarət aldığı bildirilir.