8 Noyabr 10:28
21 İyun 15:20
2 191
Diplomatik tədbirlər İran və İsrail arasında gərginliyin daha da artmasının qarşısını ala bilər.
"Report" xəbər verir ki, bu barədə İran xarici işlər naziri (XİN) Abbas Əraqçi İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində “Associated Press”ə bildirib.
"Hazırda qanuni özünümüdafiə hüququmuzu həyata keçiririk. Diplomatiya keçmişdə nəticə vermiş bir yoldur və şübhəsiz ki, yenidən işə yaraya bilər. Lakin danışıqlar masasına qayıda bilməyimiz üçün təcavüz dərhal dayandırılmalıdır. Aydındır ki, xalqımız kütləvi bombardmana məruz qaldığı müddətdə ABŞ ilə dialoq apara bilmərəm", - XİN rəhbəri qeyd edib.
A.Əraqçi, ABŞ-nin əvvəldən İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləməsi faktından təəssüfləndiyini bildirib: "Onlar (amerikalılar - red.) inkar edirlər, bunda iştirak etmədiklərini deməyə davam edirlər. Lakin onların ilk gündən cəlb olunduqlarına dair çoxsaylı sübutlarımız var".
8 Noyabr 17:57
1 120
8 Noyabr 12:30
1 379
8 Noyabr 11:59
1 463