

Azad edilmiş ərazilərdə qısa müddət ərzində böyük irəliləyişlər əldə olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko Ağdama səfəri zamanı deyib.
“Mən Qarabağ bölgəsinə bugünkü səfərimdən məftun olmuşam. Çünki bütün bu azad edilmiş şəhərlərdə-Laçın, Şuşa və Ağdamda qısa müddət ərzində çox böyük nailiyyətlər əldə olunub. İnfrastrukturun bu cü uğurlu şəkildə bərpası onu göstərir ki, Azərbaycan hökuməti tarixən bu torpaqlarda yaşamış azərbaycanlıların qayğısına qalır. Bu bölgəyə asayişin qayıtdığını müşahidə etmək olar. Qarabağ Azərbaycan xalqı üçün birliyin və rifahın simvoluna çevrilib. Bütün bu nailiyyətlərə görə Azərbaycan hökumətini təbrik edirəm”.