Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
WUF13: Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək
ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
24 İyun 2025 16:19
2 366
Axios: Tramp Netanyahuyla danışaraq Tehrana zərbə endirilməsinin qarşısını almağa çalışıb
ABŞ-ın sabiq prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək, İranla bağlı planlaşdırılan hücumu ləğv etməyi xahiş edib.
Xalqcebhesi.az məlumatına görə, bu barədə Axios portalının müxbiri Barak Ravid sosial şəbəkə X-də, adını açıqlamayan israilli rəsmiyə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın bu istəyinə cavab olaraq Netanyahu bildirib ki, hücumu tamamilə ləğv edə bilməz, çünki atəşkəs rejiminin pozulmasına cavab verilməsi vacibdir.
Nəticədə hücumun miqyasının əhəmiyyətli dərəcədə azaldılması qərara alınıb — çoxsaylı hədəflərə planlaşdırılan zərbələr ləğv edilib və yalnız bir hədəfə zərbə endirilib.
Məryəm Quliyeva